TOCA Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25m artıq hündürlükdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Bakı Ağ Şəhər-in Babək rayonunun mərkəzi meydanında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi prospektin ortasında yerləşən zərif heykəltəraşlıq ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır.
Kompleksin əlverişli yerləşməsi Ağ Şəhərdən Babək və Nobel prospektlərinə rahat keçidi təmin edərək, oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində - Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri TOCA Residence yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.