Xüsusiyyətlər

Evin və mənzillərin xüsusiyyətləri

TOCA RESIDENCE yaşayış kompleksində mənzillərin planlaşdırılması keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur – bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.

Yüksək səviyyəli servis, dəbdəbəli müasir dizayn, təhlükəsizlik – bütün bunlar TOCA RESIDENCE kompleksini yaşamaq üçün ən cəlbedici yerlərdən birinə çevirir.

- 130 mənzilli 8 mərtəbəli yaşayış kompleksi
- Keramik plitələr ilə üzlənmiş müasir fasad
- Kompleksin 1 Ha sahəsinin 60%-i abadlaşdırma üçün ayrılmışdır
- Geniş uşaq meydançası
- 118 ədəd iki mərtəbəli yeraltı, 53 ədəd yerüstü avtomobil dayanacağı
- Yeraltı parkinqdə avtomaşınlar üçün yuyucu
- Velosipedlər üçün dayanacaq
- İki səviyyəli yeraltı parkinqdən liftə çıxış
- Yükqaldırma qabiliyyəti 1 tona qədər olan rahat liftlər
- Mərmər ilə üzlənmiş eni 2.7 metr olan geniş pilləkən aşırımları və pilləkən meydançaları
- Qiş vaxtlarında istinin itkisini azaldan, yayda isə istidən qoruyan keramik plitələr ilə üzlənmiş ventilasiya olunan fasad və daş divarlar
- Hər iki tərəfə çıxışlı rahat planlaşdırılmış mənzillər
- Tavanların hündürlüyü - 3,3 m
- Eni 2.4 m-ə qədər olan böyük pəncərələr
- 2 günlük ehtiyatı olan su çəni
- Mərkəzi elektrik təchizatı və generator
- Fərdi istilik sistemi üçün qaz təchizatı
- Rəqəmsal TV, internet və telefon sistemləri
- Yanğın təhlükəsizliyi sistemi
- Həyətə baxan eyvanlarda quraşdırılmış divar şkafları
- Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları